11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Oktyabr ayında Azərbaycan ərazisində şaxta olacaq

Oktyabr ayında Azərbaycan ərazisində şaxta olacaq
Oktyabr ayında Azərbaycan ərazisində şaxta olacaq


Azərbaycanda oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gələn ay havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 1-3, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-23 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 9-14 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 12-17, bəzi günlərdə 6-9, gündüzlər 19-24, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 6-8, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacağı gözlənilir.

Şahin Həbibov
Hava
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Leysan yağıb, şimşək çaxıb -...

Hava
Hava ilə bağlı XƏBƏRDARLIQ - yenə dəyişəcək

Hava ilə bağlı XƏBƏRDARLIQ - yenə...

Hava
Bayramın ikinci günü hava necə olacaq? - PROQNOZ

Bayramın ikinci günü hava necə...

Hava
Прогноз погоды в Азербайджане на воскресенье

Прогноз погоды в Азербайджане на...

Hava
Sabahın hava proqnozu AÇIQLANIB

Sabahın hava proqnozu AÇIQLANIB...

Hava
Bu gün maqnit qasırğası gözlənilir

Bu gün maqnit qasırğası gözlənilir...

Комментарии (0)