11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycana qar yağacaq - HAVA PROQNOZU

Azərbaycana qar yağacaq - HAVA PROQNOZU
Azərbaycana qar yağacaq - HAVA PROQNOZU


Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Noyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 1-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 21-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Qərb küləyi noyabrın 23-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Hava
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?...

Hava
Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?...

Hava
Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI...

Hava
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 5 metrə...

Hava
İyulun 3-nə gözlənilən hava şəraiti AÇIQLANDI

İyulun 3-nə gözlənilən hava şəraiti...

Hava
Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı...

Комментарии (0)