11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bəzi yollarda buzlaşma var - AÇIQLAMA

Bəzi yollarda buzlaşma var - AÇIQLAMA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
AAYDA-dan verilən məlumata görə, "Zəfər Yolu"nda hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu - Yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi - Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollara qum-duz səpilib.
Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi - Xızıda - 3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Qobustan - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı - Ağsu - Yevlax - Yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı - İsmayıllı - Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki - Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq) - Yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən - Xoşbulaq - Marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi - Marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Masallı – Yardımlı - Yardımlı rayonu ərazisində qar yağır, 5-6 sm, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.
Lənkəran – Lerik - Lerik rayonu ərazisində qar yağır, 6-7 sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur.
Bakı - Ələt - Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul - Ucar - Yevlax - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hava
Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq...

Hava
Yağışlı hava nə vaxta qədər davam edəcək?

Yağışlı hava nə vaxta qədər davam...

Hava
Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI...

Hava
Avqustun 24-də hava durumu necə olacaq?

Avqustun 24-də hava durumu necə...

Hava
Avqustun 23-də bəzi yerlərdə temperatur 40 dərəcəyə çatacaq

Avqustun 23-də bəzi yerlərdə...

Hava
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb...

Комментарии (0)