09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı



Azərbaycanda iyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 23-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 23-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Hava
2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı

2024-cü ildə fəsillərin Azərbaycana...

Hava
Sabah yağış yağacaq - PROQNOZ

Sabah yağış yağacaq - PROQNOZ...

Hava
Şənbə günü 34 dərəcə isti olacaq

Şənbə günü 34 dərəcə isti olacaq...

Hava
İlk iş günü hava necə olacaq?

İlk iş günü hava necə olacaq?...

Hava
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq?

Sabah hava meteohəssas insanlar...

Hava
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU...

Комментарии (0)