DataLife Engine / İstirahət günlərinin HAVA PROQNOZU

İstirahət günlərinin HAVA PROQNOZU

Yaxın iki gündə Azərbaycanın bəzi rayonlarında yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

9-09-2022, 18:22
Вернуться назад