DataLife Engine / Sabah 42 dərəcə isti olacaq

Sabah 42 dərəcə isti olacaq

Sabah 42 dərəcə isti olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah ölkə ərazisində proqnozlaşdıran hava şəraitini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən MAY.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli olacağı, mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında İyulun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
28-07-2015, 16:16
Вернуться назад