DataLife Engine / Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


9-09-2024, 07:36
Вернуться назад