09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Nərminin dəhşətli qətli: Plastik torbada yandırıldığı yerə gətirilib, qatil dırnaqlarını kəsib ki...

Nərminin dəhşətli qətli: Plastik torbada yandırıldığı yerə gətirilib, qatil dırnaqlarını kəsib ki...
Nərminin dəhşətli qətli: Plastik torbada yandırıldığı yerə gətirilib, qatil dırnaqlarını kəsib ki...


Pataloji anatomiya mütəxəssisləri noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəb və vaxtını müəyyən edib. Onun yanmış cəsədi yanvarın 6-da axşam tapılıb.

BiG.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, qız təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş bölgəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar.

Məhkəmə-tibbi ekspertizası təcavüz faktını təyin edə bilməyib, çünki öldürülən uşağın beldən aşağı hissəsi tamamilə yanıb.

Cinayətin digər təfərrüatı da müəyyən edilib - Nərmin noyabrın 21-də itkin düşdüyü paltarda tapılıb.

İstintaqçılar təxmin edirlər ki, bütün bu müddət ərzində uşaq Dondar Quşçu kəndinin ərazisinə yaxın hansısa evin zirzəmisində saxlanılıb. Çünki Nərminin meyitinin tapıldığı yerdə avtomobilin təkərlərinə aid heç bir iz tapılmayıb.

Lakin qatilin qurbanın cəsədini tikinti arabasında gətirdiyini göstərən izlər qeydə alınıb. Əvvəl cinayətkar cəsədi plastik torbaya yerləşdirib. Daha sonra, məlum olduğu kimi, onu evinin yaxınlığındakı yolun kənarında yandırıb.

Uşağın vəhşicəsinə öldürülməsində kimin əli olduğunu söyləmək hələ mümkün deyil. Hazırda müstəntiqlər kəndin ətrafında talesiz Narminin saxlandığı yerlərdə axtarış aparırlar.

Uşağın dırnaqlarının kəsili olmasına əsasən, istintaq-əməliyyat qrupunun üzvləri bu qənaətə gəliblər ki, qatil bunu qurbanın cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib.

Qeyd edək ki, bu günə qədər qohumların şübhəli və ziddiyyət doğuran ifadələr verməyiblər. Hazırda müstəntiqlər dəlil və sübutlara əsasən axtarışları davam etdirir.

Yanvarın 7-də Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi meyiti ilk tapan şəxsin Quliyevin qonşusu İlkin Süleymanov olması barədə ortaq mesaj yayıb.

Yanvarın 8-də öldürülən qızın qalıqları dəfn edilib.

Nərmin Quliyeva 21 noyabrda, saat 15:00-da qonşuların qeyd etdiyi toy şənliyi zamanı yoxa çıxıb. Sonuncu dəfə onu dayısı Lətif Quliyevin evində görüblər.
Hadisə
Şirvanda dələduzluq edən rieltor saxlanılıb

Şirvanda dələduzluq edən rieltor...

Hadisə
Əsgər gedən gənc sevgilisi ilə vidalaşarkən qarajda boğuldu

Əsgər gedən gənc sevgilisi ilə...

Hadisə
82 yaşlı kişi diri osminoq yedi, boğularaq öldü

82 yaşlı kişi diri osminoq yedi,...

Hadisə
Gəncədə qəribə hadisə - Ciyərin içindən civə çıxdı

Gəncədə qəribə hadisə - Ciyərin...

Hadisə
Dostunu öldürən şəxs: “Arvadını sevirdim, ona görə...” – BAKIDA QANLI SEVGİ ÜÇBUCAĞI

Dostunu öldürən şəxs: “Arvadını...

Hadisə
Venesuelada leysan yağışları minlərlə insana zərər vurub

Venesuelada leysan yağışları...

Комментарии (0)