09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakıda qadınlara qarşı quldurluq etmiş şəxsin əməlləri...

Bakıda qadınlara qarşı quldurluq etmiş şəxsin əməlləri...
Bakıda qadınlara qarşı quldurluq etmiş şəxsin əməlləri...


Qadınları qarət etdi, həbsə atıldı, indi mühakimə olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Əli Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə zərərçəkən şəxslər dindirilib.

Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Hüseynova Hövsan qəsəbəsində həkim işlədiyini, hadisə baş verən gün işdən evə getdiyini, yaşadığı binanın blokuna girərkən hücuma məruz qaldığını deyib: "Elə bil cərəyan vurdu, hər yeri alaqaranlıq görürdüm. Bir oğlanı gözüm seçdi. Amma üzü tam aydın deyildi. Xahiş elədim ki, mənə kömək eləsin. İkinci dəfə məni elektrik cərayanı vurdu. Huşumu itirdim. Qonşunun oğlu məni görüb, təcili yardım çağırıb. Xəstəxanada müalicə olunmuşam. Bu adam başıma vurub, bahalı saatımı, boyunbağımı, çantamı aparıb”.

Zərərçəkmişin ifadəsinə görə, qonşunun evinin qarşında kamera olduğundan hadisə kamera düşüb, polisə məlumat verilib. Sonradan hadisəni törədən şəxs həbs olunub. Zərərçəkmiş ona hücum edən şəxsdən şikayətçi olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Zərərçəkən Zaya Hüseynova ifadəsində müəllim işlədiyini, hadisə baş verən gün qızıgilə getdiyini, bloka qalxan zaman kiminsə onu vurduğunu göstərib. Həmin vaxt bir nəfər ona köməklik edib, aptekə çatdırıb. İlkin yardım göstərildikdən sonra təcili yardım çağırılıb, Sabunçu xəstəxanasında əməliyyat olunub. Zərərçəkmiş səhhətində problemlər yarandığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

Qeyd edək ki, Əli Məlikov Bakı şəhərinin Nizami, Xətai və Sabunçu rayonlarında qadınlara qarşı quldurluq hadisələri törətməkdə təqsirli bilinir. O, paytaxtın müxtəlif yerlərində əsasən yaşlı qadınları müəyyən edərək onları izləyib. İnsanların az olduğu yerlərdə, o cümlədən yaşayış binalarının dəhlizlərində əvvəlcədən hazırladığı və üzərində gəzdirdiyi küt alətlə qadınların baş və boyun nahiyələrinə xəsarət yetirərək öz cinayət əməllərini həyata keçirib.

Ötən ilin iyul ayı ərzində Nizami rayonu ərazisində paytaxt sakinləri Xanımqız Əhmədova, Aişə İsmayılova, Zemfira Ağabəyova və Şəhla Hüseynovaya xəsarət yetirərək, onların üzərində olan pul, mobil telefon və qızıl-zinət əşyalarını qarət edib.

Cinayətkar əməllərini Xətai və Sabunçu rayonlarında da davam etdirən Əli Məlikov eyni üsulla Gülümzər Həmzəyeva və Elmira Hüseynovaya da hücum edib və onlara maddi ziyan vurmaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Əli Məlikov quldurluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif zərgərlik dükanlarına satıb, pul əldə edərək narkotik vasitələrə olan tələbatını ödəyib.

Qeyd edək ki, Əli Məlikov əvvəllər Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), və 234-cü (qanunsuz olaraq narkotik vasitələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilib.
Hadisə
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA

Tanınmış gitaraçını oğlu qəsdən...

Hadisə
Ağstafada qadın ərini balta ilə qətlə yetirib

Ağstafada qadın ərini balta ilə...

Hadisə
Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

Gömrük əməkdaşları Şabranda qəzaya...

Hadisə
BDU-nun şöbə müdiri vəfat etdi

BDU-nun şöbə müdiri vəfat etdi...

Hadisə
Kriminal aləm Lotu Quliyə müharibə ELAN ETDİ - Lənkəranskinin ölümü bağışlanmır

Kriminal aləm Lotu Quliyə müharibə...

Hadisə
İntihar edən 16 yaşlı qız nişanlı imiş

İntihar edən 16 yaşlı qız nişanlı...

Комментарии (0)