09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ
İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ


Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

MAY.AZ xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.

Onu da qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb.
Hadisə
Kürdəmirdə dəhşətli qəza: Ölənlər var

Kürdəmirdə dəhşətli qəza: Ölənlər...

Hadisə
Bakıda marketdə 9 min manatlıq spirtli içkini sındıran şəxs saxlanıldı

Bakıda marketdə 9 min manatlıq...

Hadisə
Baş Prokurorluq və DİN Qəbələdə baş verən hadisə barədə birgə məlumat yayıb

Baş Prokurorluq və DİN Qəbələdə baş...

Hadisə
Doğduğu uşağı zibil qutusuna atdı

Doğduğu uşağı zibil qutusuna atdı...

Hadisə
Polisə rüşvət verərək piramidaya qalxan ilk türk başına bəla açdı - VİDEO

Polisə rüşvət verərək piramidaya...

Hadisə
Zaqatalalı gənc Rusiyada göldə batdı

Zaqatalalı gənc Rusiyada göldə batdı...

Комментарии (0)