09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Əri olmayanda evə kişi gətirirdi" - Zərdabdakı qətlin TƏFƏRRÜATI

"Əri olmayanda evə kişi gətirirdi" - Zərdabdakı qətlin TƏFƏRRÜATI
"Əri olmayanda evə kişi gətirirdi" - Zərdabdakı qətlin TƏFƏRRÜATI


Bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızını öldürüb.

Bu hadisə artıq bir neçə gündür ki, kütləvi informasiya vasitələrinin gündəmini zəbt edib. Qətlin baş vermə səbəbi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb.

Yayılan xəbərlərə görə, R.Aslanovanın başı balta ilə kəsilib. Hadisənin azyaşlı uşaqların yanında törədildiyi bildirilir.

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından azvision.az-a daxil olan məlumata görə, məlum qətllə bağlı mətbuatda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Bildirilib ki, ərin öz həyat yoldaşının başını kəsdikdən sonra küçədə əlində oynatması haqda deyilənlər yalnışdır.

"Qadının başı balta ilə kəsilməyib. Hadisə yerindən maddi sübut kimi qanlı bıçaq götürülüb. Mətbuata yazılır ki, guya qətl hadisəsi azyaşlı uşaqların gözü önündə törədilib. Bu, həqiqətdən uzaqdır.

Hadisə, əslində, belə baş verib. Oğlan çoban işləyirdi. Ailənin maddi çətinlikləri olub. Evdə hər gün söz-söhbət, ərlə həyat yoldaşı arasında mübahisə baş verib. Aqşin Aslanov hadisə baş verən gün evə gəlib. Arvadı ilə birlikdə həyətin küncündə yerləşən otağa gediblər. O, həyat yoldaşına yaxın münasibətdə olmağı təklif edib. Əslində, onun niyyəti qadını öldürmək olub. Otağa daxil olduqdan sonra qadın otağın qapısını arxadan bağlayıb ki, heç kəs içəri girə bilməsin. Bu vaxt ər cibində gizlətdiyi bıçağı həyat yoldaşının boğaz nahiyəsinə vurub.

Həmçinin iddia edilir ki, guya qətl yataqda törədilib və müxtəlif işgəncə halları üzə çıxıb. Bunlar da yalandır. Hadisə döşəmənin üzərində törədilib. Hadisə zamanı otaqda azyaşlı uşaqlar olmayıb".

Bildirilib ki, A.Aslanov hadisəni törədikdən sonra polisə könüllü şəkildə təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. A.Aslanov qətli törətməsinə səbəb kimi, həyat yoldaşının ona xəyanət etdiyini deyib.

Hadisəni törədən şəxsin qohumları onun dediklərini təsdiq ediblər.

A.Aslanovun yaxınları (onlar cəmiyyətdə qınaq obyektinə çevrilməmək üçün adlarının çəkilməsin istəmirlər-red) Rüxsarə Aslanovanın əxlaqsızlıqla məşğul olduğunu, onun həyat yoldaşına dəfələrlə xəyanət etdiyini bildiriblər.

"Aqşin çobanlıq edirdi. O, səhər evdən çıxır, axşama kimi mal-qara ilə məşğul olurdu. Rüxsarə onunla alə qurduqdan sonra tez-tez evlərindən söz-söhbət olurdu. Maddi durumları yaxşı deyildi. Aqşin çox vaxt evdə olmurdu. Arvadı və uşaqları evdə tək olurdu. Bundan istifadə edən Rüxsarə evə başqa kişilər gətirirdi. Qonşular bir neçə dəfə bunun şahidi olublar. Bir dəfə qonşular Rüxsarəni tənbeh edərək evə başqa kişi gətirməməsini tələb ediblər. Bu hadisə bir neçə dəfə təkrarlanıb.

Rüxsarə nə etdiyini bilmirdi. Ağzına gələni danışırdı, qonşulara deyirdi ki, mənim həyatıma qarışmayın, özüm bilərəm kimi evə gətirirəm. Rüxsarə son vaxtlar təmiz yolunu azmışdı. Aqşin axırda onun bu hərəkətlərindən xəbər tutdu. Hadisə də Rüxsarənin əxlaqsızlığından olub".

Qohumların sözlərinə görə, Rüxsarə ərindən icazəsiz özünə mobil telefon alıbmış. Bunun üstündə onlar bir neçə dəfə dava ediblər: "Yeməyə çörək tapmırdılar. Ancaq qız özünə telefon almışdı. Aqşinin atası buna etirazını bildirib. Rüxsarənin telefonuna yad kişlər zəng edirmiş. Aqşin bundan xəbər tutub. Hazırda polisdə Rüxsarənin danışdığı oğlanlarla bağl araşdırma aparılır.

Hadisə baş verən gün Aqşinə kənddən bir kişi deyib ki, arvadından xəbərin yoxdur, evə kişi gətirib. Aqşin əsəbi şəkildə evə gəlib və arvadını öldürüb".

Qeyd edək ki, faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hadisə
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub...

Hadisə
Azərbaycanda torpaq uçqunu baş verdi: ölən və yaralanan var

Azərbaycanda torpaq uçqunu baş...

Hadisə
TƏBİB "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı

TƏBİB "Sədərək"dəki yanğınla bağlı...

Hadisə
İranda güclü ZƏLZƏLƏ OLDU

İranda güclü ZƏLZƏLƏ OLDU...

Hadisə
Bakıda ŞOK: Klinika işçisini döyə-döyə öldürdülər

Bakıda ŞOK: Klinika işçisini...

Hadisə
Bu bələdiyyələrinin vəzifəli şəxsləri barəsində cinayət işləri başlanılıb - SİYAHI

Bu bələdiyyələrinin vəzifəli...

Комментарии (0)