09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Rusiyada başından güllələnən avtoritetin qətlinin TƏFƏRRÜATI

Rusiyada başından güllələnən avtoritetin qətlinin TƏFƏRRÜATI
Rusiyada başından güllələnən avtoritetin qətlinin TƏFƏRRÜATI


İki gün əvvəl, yanvarın 31-də Rusiyanın Xantı-Mansiyks muxtar vilayətinin Surqut şəhərində azərbaycanlı biznesmenin, yaxud digər məlumatlara görə kriminal elementin başından güllələnərək öldürülməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu hadisə "azərbaycanlı” və "kürd” kriminal qruplaşmalar arasında qarşıdurma zəminində baş verib.

Xəbər verildiyi kimi həmin hadisə Surqutdakı "Rus” kafesində baş verib. Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı başından aldığı güllə yarasından ölüb. Onun qatili silahı ilə birlikdə hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, qətlin motivi Surqut bazarlarında "nüfuz bölgüsü” uğrunda mübarizədir. Bu mübarizə neçə vaxtdır ki, kürd və azərbaycanlı kriminal qruplaşmalar arasında gedirdi.

Güllələnən şəxs 44 yaşlı Rüzgar Əliyevdir. Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, qətldən az əvvəl bir qrup azərbaycanlı İmran adlı kürdü bərk döyüblər. Kürd İmran bu cür təhqir olunmasını həzm etməyərək onu incidənləri "Rus” kafesinə söhbətə çağırıb. Söhbət mübahisəyə çevrilib və İmran tapançadan Rüzgar Əliyevin başından atəş açaraq hadisə yerindən qaçıb.

Öldürülən R.Əliyevə gəldikdə o, 2000-ci illərin əvvəllərində Rusiya pasportu alıb. Bundan əvvəl qanunsuz silah gəzdirməyə görə həbs edilib. Həbs edilərkən Əliyev onu tutmağa gələn OMON-çulardan birini maşınla vurub. Buna baxmayaraq tezliklə onu həbsdən azad ediblər. Əliyevin Surqut şəhər daxili işlər idarəsinin əməliyyat müvəkkili, mayor Rövşən Çıraqovun sayəsində azadlığa buraxıldığı bildirilir.
Hadisə
Azərbaycanda silahlı insident oldu

Azərbaycanda silahlı insident oldu...

Hadisə
Çimərlikdə qanlı olay - Qıza baxdığına görə...

Çimərlikdə qanlı olay - Qıza...

Hadisə
Bakıda anasını döyərək öldürən şəxsə 18 il həbs verildi

Bakıda anasını döyərək öldürən...

Hadisə
Son beş gündə düşmən 30 nəfərə yaxın itki verib

Son beş gündə düşmən 30 nəfərə...

Hadisə
Bakıda üç yaşlı uşaq xəstəxanada öldü

Bakıda üç yaşlı uşaq xəstəxanada...

Hadisə
Azərbaycanda dəhşət: Qadın ot tayasını yandırıb özünü içinə atdı

Azərbaycanda dəhşət: Qadın ot...

Комментарии (0)