09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

10 yaşlı Nərminin qətli ilə bağlı XƏBƏR VAR

10 yaşlı Nərminin qətli ilə bağlı XƏBƏR VAR
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən şahid qismində ifadə verib.
O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.
Qeyd edək ki, A.Quliyev ötən prosesdə də ifadə vermişdi, lakin təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırarkən ortaya ziddiyyətli cavablar çıxdığından ifadəsinin növbəti məhkəmədə davam etdirilməsinə qərar verilmişdi.
Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Hadisə
Salyanda oğurluq edən şəxs saxlanılıb

Salyanda oğurluq edən şəxs...

Hadisə
21 yaşlı gənc qız üstündə bıçaqlandı - VİDEO

21 yaşlı gənc qız üstündə...

Hadisə
Bilərəkdən orucu pozmağın bədəli...

Bilərəkdən orucu pozmağın bədəli......

Hadisə
Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

Damarını kəsdiyi üçün xəstəxanaya...

Hadisə
“Günəşli” yatağında yanğın

“Günəşli” yatağında yanğın...

Hadisə
Bakıda dəhşətli qətl törədən şəxs: "Evə qayıdanda onun arvadıma təcavüz etdiyini gördüm"

Bakıda dəhşətli qətl törədən şəxs:...

Комментарии (0)