09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Məhkəmə Qubada bibisini öldürən şəxslə bağlı qərarı elan edib

Məhkəmə Qubada bibisini öldürən şəxslə bağlı qərarı elan edib
Sumqayıt Apelyasiya Məhkəməsi Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə qərarı elan edib.
"Report"un məlumatına görə, hakim Ruhiyyə Əsgərovanən sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib.
İttihama görə, Qırmızı Sloboda qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü, bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb və zorlayıb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib.
M.Migirov zorlama və qəsdən adam öldümə maddəsi ilə ittiham edilib.
Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan M.Migirov spirtli içki aludəçisi olduğundan, sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti
verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.
Hadisə
Salyanda oğurluq edən şəxs saxlanılıb

Salyanda oğurluq edən şəxs...

Hadisə
21 yaşlı gənc qız üstündə bıçaqlandı - VİDEO

21 yaşlı gənc qız üstündə...

Hadisə
Bilərəkdən orucu pozmağın bədəli...

Bilərəkdən orucu pozmağın bədəli......

Hadisə
Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

Damarını kəsdiyi üçün xəstəxanaya...

Hadisə
“Günəşli” yatağında yanğın

“Günəşli” yatağında yanğın...

Hadisə
Bakıda dəhşətli qətl törədən şəxs: "Evə qayıdanda onun arvadıma təcavüz etdiyini gördüm"

Bakıda dəhşətli qətl törədən şəxs:...

Комментарии (0)