09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı

Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı
Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb və onun cəzası azaldılıb.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Məhkəmənin qərarına əsasən, onun 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb.
Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.
Belə ki, T.Nağıyev "Niva" markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostudur. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Xaçmazda avtomobil dərəyə aşıb,...

Hadisə
Bit dərmanı içib intihar etdi - BOŞANDIĞINA GÖRƏ

Bit dərmanı içib intihar etdi -...

Hadisə
Telefonu aldı, arvadımla yataqda olduğunu dedi - BAKIDA ŞOK HADİSƏ

Telefonu aldı, arvadımla yataqda...

Hadisə
Selfi sevgisi daha bir turisti öldürdü

Selfi sevgisi daha bir turisti...

Hadisə
Bakıda ŞOK: Klinika işçisini döyə-döyə öldürdülər

Bakıda ŞOK: Klinika işçisini...

Hadisə
Rusiyada azərbaycanlıya hücum edib 5 milyonunu apardılar

Rusiyada azərbaycanlıya hücum edib...

Комментарии (0)