09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Qoca"nın öldürüldüyü film kimi əməliyyatın TƏFƏRRÜATI AÇIQLANDI (RƏSMİ)

"Qoca"nın öldürüldüyü film kimi əməliyyatın TƏFƏRRÜATI AÇIQLANDI (RƏSMİ)
"Qoca"nın öldürüldüyü film kimi əməliyyatın TƏFƏRRÜATI AÇIQLANDI (RƏSMİ)


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri rəsmi məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, məlumatda qeyd olunur ki, 2017-ci il oktyabr ayının 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürmüş və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanmış və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölmüşlər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilmiş, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülmüşdür.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...

Azərbaycanda ürək sızladan oğurluq...

Hadisə
26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...

26 yaşlı azərbaycanlıdan Rusiyada...

Hadisə
Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı

Salyanda evdə 71 yaşlı qadının...

Hadisə
QANDONDURAN HADİSƏ: Dayə 2 aylıq körpəni öldürdü

QANDONDURAN HADİSƏ: Dayə 2 aylıq...

Hadisə
Bakıda "Metro Park"ın qarşısında gəncin güllələndiyi hadisə ilə bağlı cinayət işi açıldı

Bakıda "Metro Park"ın qarşısında...

Hadisə
Bakıda əczaçı qadın həbs olundu

Bakıda əczaçı qadın həbs olundu...

Комментарии (0)