09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır

“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır
“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır


Azərbaycanda uzun müddət həbsdən sonra bu yaxınlarda azadlığa çıxan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov “Bütün oğruların kralı” adı uğrunda mübarizəyə başlamaq niyyətindədir.

BAKU.WS Azvision.az-a istinadən xəbər verir ki, nüfuzlu “qanuni oğru” İstanbulda ona sui-qəsd etmək istəyən şəxslərdən qisas almağa çalışacaq.

Qeyd edək ki, Səlifov cəzaçəkmə müəssisəsindən azad olunan kimi Gürcüstana, oradan isə Türkiyəyə gedib. Əsas məqsəd xüsusi klan formalaşdırmaqdır. Agentlik məlumatlı mənbəyə istinadən bildirir ki, ilk hədəf ona sui-qəsd hazırlayan “qanuni oğru” Merab Canqveladze və İstabulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski adı ilə tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevdir. Bu siyahıda “Şirinlər” də var.

Hazırda Səlifov Merabın düşmənləri ilə danışıqlar aparır. Çünki koalisiyanın yaradılması üçün ümumi düşmənə qarşı qisas motivi olmalıdır. Merabla Pipiey arasında olduğu kimi. Belə ki, Pipiey 2012-ci ildə uşağın gözü qarşısında Canqveladzeni “qanuni oğru” kimi tanımadığına görə döyülmüşdü. Bundan başqa, Qulinin Kuşner (Aleksandr Kuşner) və Rəşad Gəncinski (Rəşad İsmayılov) ilə müttəfiq olduğu deyilir. Eyni zamanda, Quli Türkiyədə Qeloy Kardavoy tərəfindən tacladırılan “Çinli” ləqəbli Serqey Çebanla da görüşüb. Lakin hazırda Qeloyun “oğru səlahiyyətləri” Şakro Molodoy və digər “qanuni oğru”lar tərəfindən dayandırılıb.

Digər tərəfdən, “Şakro Molodoy”la “Lotu Quli” arasında münasibətlər isti deyil. Belə ki, Nadir Səlifovun kiçik qardaşı Namiq Səlifovun “oğru” titulu əlindən alınıb. 38 yaşlı Namiq Səlifovla bağlı qərar Moskvada keçirilən “sxodka”da qəbul olunub. Həmin “sxodka”nı nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) təşkil edib. “Sxodka”da Namiq Səlifovdan başqa daha 11 “vor zakon” tituldan məhrum edilib. Onların arasında “Lotu Quli”nini ad verdiyi digər “oğru”lar – 35 yaşlı Rafət Əlirza oğlu Əmirov (“Rafet Əlibayramlinski”) və 39 yaşlı Ceyhun Nəbi oğlu Əsgərov (“Ceyhun Gəncinski”) da olub.
Hadisə
İmişlidə 14 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA

İmişlidə 14 yaşlı qızın...

Hadisə
Bakı metrosunda dava düşüb

Bakı metrosunda dava düşüb...

Hadisə
Ermənistanda ölü vəziyyətdə aşkarlanan əcnəbilərin sayı artır

Ermənistanda ölü vəziyyətdə...

Hadisə
Füzuli sakini qohumunu güllələdi

Füzuli sakini qohumunu güllələdi...

Hadisə
Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı

Bakıda Lerik sakini siqaret üstündə...

Hadisə
Müəllim dəhşətli qətliamdan uşaqları unikal yolla xilas etdi - VİDEO

Müəllim dəhşətli qətliamdan...

Комментарии (0)