09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Sənin başın partlayar" deyən yol polisi: "Sürücünü məhkəməyə verəcəm"

"Sənin başın partlayar" deyən yol polisi: "Sürücünü məhkəməyə verəcəm"
"Sənin başın partlayar" deyən yol polisi: "Sürücünü məhkəməyə verəcəm"


Paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yol polisi ilə sürücü arasında dava düşüb. Sürücü SİA-ya təqdim etdiyi video ilə bərabər bildirib ki, polislə dialoqunu telefonla qeydə almaq istəyərkən, ona qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu dolu və təhqiramiz ifadələr ətrafdakı insanları da şoka salıb.

Hadisəni törədən YPX əməkdaşı Elçin İsmayılov Avtosfer-ə açıqlamasında məsələyə münasibət bildirib. DYP əməkdaşı deyib ki, hadisə əslində heç də videoda göstərilən kimi deyil.

"Həmin sürücü Rəşid Behbudov küçəsindən sola dönərək Səbail rayon İcra hakimiyyətinin qarşısından üzü "Sahil" metrosu istiqamətində hərəkətdə olarkən, qarşı yola çıxaraq yolunu davam etdirib. Bu zaman həmin sürücü saxlanılıb və sənədləri tələb olunub. Lakin sürücü, təxminən 10 dəqiqə ərzində sənədləri və özünü təqdim etməyib" — yol polisi deyib.

YPX əməkdaşı avtomobilin dövlət qeydiyyat nişanını bort kompüterə daxil edərək sürücünün şəxsiyyətini müəyyənləşdirib və barəsində 100 manat, 4 bal cərimə tətbiq edib. Bundan hiddətlənən sürücü isə bildirib ki, bu gündən etibarən onun videosunu çəkərək hər gün sosial şəbəkələrdə yayacaq.

"Mən ona bildirdim ki, bu, qanun pozuntusudur və buna görə "başın ağrıyacaq". Lakin səhvən "başın partlayacaq" ifadəsi işlətmişəm. Başqa heç bir problem olmayıb" — İsmayılov bildirib.

O, əlavə edib ki, sürücü istənilən vaxt DYP-yə yaxınlaşıb şikayətini bildirə bilər: "Həmçinin görüntülərlə tanış olub həqiqətən də qayda pozduğunu görə bilər. Mən qarşı yola çıxdığı üçün ona cərimə yazmışam".

Qeyd edək ki, YPX əməkdaşı Elçin İsmayılov da öz növbəsində şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və sürücünü məhkəməyə verəcəyini deyib.
Hadisə
Azərbaycanda ürək sızladan oğurluq - 4 "pampers", 10 yumurta...

Azərbaycanda ürək sızladan oğurluq...

Hadisə
26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...

26 yaşlı azərbaycanlıdan Rusiyada...

Hadisə
Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı

Salyanda evdə 71 yaşlı qadının...

Hadisə
QANDONDURAN HADİSƏ: Dayə 2 aylıq körpəni öldürdü

QANDONDURAN HADİSƏ: Dayə 2 aylıq...

Hadisə
Bakıda "Metro Park"ın qarşısında gəncin güllələndiyi hadisə ilə bağlı cinayət işi açıldı

Bakıda "Metro Park"ın qarşısında...

Hadisə
Bakıda əczaçı qadın həbs olundu

Bakıda əczaçı qadın həbs olundu...

Комментарии (0)