09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Metroda telefon oğurlayanlar tutuldu

Metroda telefon oğurlayanlar tutuldu
Metroda telefon oğurlayanlar tutuldu


Metroda cibgirliklə məşğil olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisənin təfərrüatları ilə bağlı verilən məlumatda deyilir ki, noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət ediblər.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyən edilib və elə həmin gün saat 20.10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında o “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib.

Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib.

Maddi sübut kimi götürülmüş həmin mobil telefonların İmişli rayon sakini O.Əliyevə və Bakı şəhər sakini olan Ə.Səlimovaya məxsus olduğu müəyyən edilib.

Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Hadisə
İt sahibinin cinsi orqanını yedi

İt sahibinin cinsi orqanını yedi...

Hadisə
Lerikdə AİLƏ FACİƏSİ - 4 nəfər ÖLDÜ+YENİLƏNİB

Lerikdə AİLƏ FACİƏSİ - 4 nəfər...

Hadisə
Bakıda iaşə obyektində 15 günlük körpə TAPILDI

Bakıda iaşə obyektində 15 günlük...

Hadisə
Qadın balta ilə öldürüldü - Əri tutuldu

Qadın balta ilə öldürüldü - Əri...

Hadisə
Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI...

Hadisə
27 yaşlı oğlanı başından bıçaqladılar

27 yaşlı oğlanı başından...

Комментарии (0)