09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Hindistan vətəndaşında 370 ədəd “Tramadol” həbləri aşkarlanıb

Hindistan vətəndaşında 370 ədəd “Tramadol” həbləri aşkarlanıb
Hindistan vətəndaşında 370 ədəd “Tramadol” həbləri aşkarlanıb


Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsirli maddənin ölkənin sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan BAKU.WS-ə verilən xəbərə görə, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Hindistan vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o saxlanılıb.

Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.

Həmin qutulara baxış zamanı isə birində cəmi 180 ədəd, digərində isə cəmi 190 ədəd ağ rəngli həblər aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.

Xatırladaq ki, "Tramadol" Azərbaycanda "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.
Hadisə
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı

Bakıda 75 yaşlı kişi qətlə...

Xeberler / Hadisə
Şagirdin zorlanması haqda prokurora müraciət edildi

Şagirdin zorlanması haqda prokurora...

Hadisə
Mingəçevirdə 14 yaşlı oğlan kanalda batıb

Mingəçevirdə 14 yaşlı oğlan kanalda...

Hadisə
Zaqatalalı gənc Rusiyada göldə batdı

Zaqatalalı gənc Rusiyada göldə batdı...

Hadisə
Bakıda cinsi orqanına narkotik maddə vuran kişi qanaxmadan öldü

Bakıda cinsi orqanına narkotik...

Hadisə
Masallıda pəncərə silən qadın 4-cü mərtəbədən yıxılıb

Masallıda pəncərə silən qadın 4-cü...

Комментарии (0)