09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakıda polisə yalan məlumat verənlər tutulub

Bakıda polisə yalan məlumat verənlər tutulub
Bakıda polisə yalan məlumat verənlər tutulub


Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər “isti izlər”lə müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Belə ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

Digər hüquq-mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

Yanvarın 3-də isə saat 16.28-də DİN-in «102» Xidmətinə zəng edən naməlum şəxs paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər verib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb, anbara baxış keçirilib, bu dəfə də məlumatın yalan olduğu məlum olub.

Görülmüş tədbirlərlə yalan xəbərin 61 yaşlı Bakı şəhər sakini Həsən İsmayılov tərəfindən verildiyi dəqiqləşdirilib. H. İsmayılov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işləri başlanılmış, məhkəmələr tərəfindən saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Məlumatda vətəndaşların nəzərinə çatdırılır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində bundan sonra da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən ciddi tədbirlər görüləcək.
Hadisə
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı

Bakıda 75 yaşlı kişi qətlə...

Xeberler / Hadisə
Şagirdin zorlanması haqda prokurora müraciət edildi

Şagirdin zorlanması haqda prokurora...

Hadisə
Mingəçevirdə 14 yaşlı oğlan kanalda batıb

Mingəçevirdə 14 yaşlı oğlan kanalda...

Hadisə
Zaqatalalı gənc Rusiyada göldə batdı

Zaqatalalı gənc Rusiyada göldə batdı...

Hadisə
Bakıda cinsi orqanına narkotik maddə vuran kişi qanaxmadan öldü

Bakıda cinsi orqanına narkotik...

Hadisə
Masallıda pəncərə silən qadın 4-cü mərtəbədən yıxılıb

Masallıda pəncərə silən qadın 4-cü...

Комментарии (0)