09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Leyla Şıxlinskaya 8 milyonluq vergidən yayınmadan danışdı: “Mənlik deyil”

Leyla Şıxlinskaya 8 milyonluq vergidən yayınmadan danışdı: “Mənlik deyil”
Leyla Şıxlinskaya 8 milyonluq vergidən yayınmadan danışdı: “Mənlik deyil”


“Leyla Şıxlinskaya” klinikasının sahibi Leyla Şıxlinskaya barəsində külli miqdarda vergidən yayınmağa görə cinayət işinin başlanması xəbərinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Lent.az-a açıqlama verən L.Şıxlinskaya bildirib ki, cinayət işi ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlanılıb: “Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssəlam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.

Qeyd edək ki, bir müddət əvvəl “Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.

Xatırladaq ki, həmin klinika ilə bağlı daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Belə ki, “Leyla Şıxlinskaya” klinikasının mənimsəmədə təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.
Hadisə
Şəmkirdə silahlı insident: bir nəfər güllələndi

Şəmkirdə silahlı insident: bir...

Hadisə
Beyləqanda qadın özünü asaraq intihar etdi

Beyləqanda qadın özünü asaraq...

Hadisə
Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti avtomobil...

Hadisə
Bakıda avtobus divara çırpıldı: yaralılar var

Bakıda avtobus divara çırpıldı:...

Hadisə
Bakıda sərnişin "BakuBus"un sürücüsünü təhqir etdi, özünü avtobusunun qarşısına atdı

Bakıda sərnişin "BakuBus"un...

Hadisə
Parkdakı insidentə görə azərbaycanlını saxlayıb cinayət işi açdılar

Parkdakı insidentə görə...

Комментарии (0)