09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Ucardakı qətlin TƏFƏRRÜATI

Ucardakı qətlin TƏFƏRRÜATI
Ucardakı qətlin TƏFƏRRÜATI


Ucarda ata və oğulun – Tehran və Samir Zahidovların bıçaqlanması və atanın ölümü ilə nəticələnmiş hadisənin bəzi təfərrüatları məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, cinayət Zahidovlar ailəsinin yaşadığı evin yaxınlığında törədilib. Hadisə Nurlan İsayev və Samir Tehran oğlu Zahidov arasında minik avtomobili ilə bağlı baş vermiş münaqişə zəminində baş verib.

Qeyd edək ki, olay ötən gecə saat 23:30 radələrində baş verib. Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Tehran Salman oğlu Zahidov və onun oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisəni törədən Nurlan İsayev tutularaq istintaqa cəlb olunub. Faktla bağlı rayon Prokurorluğunda müvafiq maddələrlə cinayət işi başlanıb. Məlumata görə, qətlə yetirilən Tehran Zahidov SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Vəsilə Zahidovanın qardaşı oğludur.
Hadisə
Şəmkirdə silahlı insident: bir nəfər güllələndi

Şəmkirdə silahlı insident: bir...

Hadisə
Beyləqanda qadın özünü asaraq intihar etdi

Beyləqanda qadın özünü asaraq...

Hadisə
Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti avtomobil...

Hadisə
Bakıda avtobus divara çırpıldı: yaralılar var

Bakıda avtobus divara çırpıldı:...

Hadisə
Bakıda sərnişin "BakuBus"un sürücüsünü təhqir etdi, özünü avtobusunun qarşısına atdı

Bakıda sərnişin "BakuBus"un...

Hadisə
Parkdakı insidentə görə azərbaycanlını saxlayıb cinayət işi açdılar

Parkdakı insidentə görə...

Комментарии (0)