09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Külli miqdarda narkotik vasitə ələ keçirildi

Külli miqdarda narkotik vasitə ələ keçirildi
Külli miqdarda narkotik vasitə ələ keçirildi


Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də ümumi çəkisi 1,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasadiq Rəhimovdan isə 405 qram marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

BAKU.WS
Hadisə
"Oskar" otelində bir uşaq anası ilə cinsi əlaqəyə girmək istədi - aldığı cavaba görə 11 bıçaq vurdu

"Oskar" otelində bir uşaq anası ilə...

Hadisə
Ukraynada döyüşən azərbaycanlı həlak oldu

Ukraynada döyüşən azərbaycanlı...

Hadisə
Bakı həbsxanasında 47 yaşlı məhkum öldü

Bakı həbsxanasında 47 yaşlı məhkum...

Hadisə
ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - FOTO

ANAMA-nın qrup rəhbəri Zəngilanda...

Hadisə
Azərbaycanda 31 nəfər SAXLANILDI

Azərbaycanda 31 nəfər SAXLANILDI...

Hadisə
Bu il yol qəzalarında 527 nəfər ölüb

Bu il yol qəzalarında 527 nəfər ölüb...

Комментарии (0)