09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Xəzərdə balıqların kütləvi ölümünün SƏBƏBİ açıqlandı

Xəzərdə balıqların kütləvi ölümünün SƏBƏBİ açıqlandı
Xəzərdə balıqların kütləvi ölümünün SƏBƏBİ açıqlandı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 kvadrat km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümünün səbəini açıqlayıb.

Nazirlikdən MAY.AZ-a verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün ETSN və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.

Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.

Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5-4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.

Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.
Hadisə
Gəncədə faciəvi hadisə - Qadın öldü

Gəncədə faciəvi hadisə - Qadın öldü...

Hadisə
ŞOK: 20 gündür yoxa çıxan Salehin qolu torpaqdan çıxdı

ŞOK: 20 gündür yoxa çıxan Salehin...

Hadisə
Azərbaycanda zəncirvari yol qəzası: yaralılar var

Azərbaycanda zəncirvari yol qəzası:...

Hadisə
Alov qüllələrinin yanında qəza - Avtomobil divara çırpıldı

Alov qüllələrinin yanında qəza -...

Hadisə
Sintezatorçunu bıçaqlayan müğənniyə hökm oxundu

Sintezatorçunu bıçaqlayan müğənniyə...

Hadisə
Koronavirusa yoluxan polislərlə bağlı daha bir AÇIQLAMA

Koronavirusa yoluxan polislərlə...

Комментарии (0)