11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yeniyetmə qızı zorlayan 62 yaşlı kişiyə bu cəza verildi

Yeniyetmə qızı zorlayan 62 yaşlı kişiyə bu cəza verildi
Gəncədə əqli geriliyi olan 16 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edərək hamilə qalmağına səbəb olan 62 yaşlı kişi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 149 və 157-ci (zorlama və mənzil toxunulmazlığını pozma) maddəsi ilə ittiham edilən 1960-cı il təvəllüdlü Rəşid Gözəlova hökm oxunub. Ona 8 il 3 ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Gəncə şəhərində yaşayan 2005-ci il təvəllüdlü, serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə xəstəxanada qeydiyyatda olan qızın hamilə olması məlum olub. Aparılan araşdırmalar zamanı onun 2021-ci ildə qonşuluqda yaşayan Rəşid Gözəlov tərəfindən cinsi zorakılığa məruz qalması müəyyən edilib. Həmçinin anası işdə, bacısı isə dəsrdə olduğu vaxt R.Gözəlov dəfələrlə onun evdə tək olmasını bilərək mənzilə qanunsuz daxil olaraq fiziki məhdudiyyətli qıza qarşı əməllərini davam etdirib, onu öldürməklə hədələyərək baş vermiş hadisələr barədə danışmamasını tələb edib.
Qızın hamilə olması üzə çıxdıqdan sonra isə hüquq-mühafizə orqanlarına müraciət edilib və cinayət işi başlanıb.
Məhkəmə prosesi oktyabrın 18-də başa çatıb.
Hadisə
Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi

Bakıda ana doğuşdan sonra evdə...

Hadisə
Bakı zooparkında maraqlı görüntülər - VİDEO

Bakı zooparkında maraqlı görüntülər...

Hadisə
Türkiyədə güclü tornado oldu

Türkiyədə güclü tornado oldu...

Hadisə
Ucarda ata və oğul bıçaqlandı - Ata öldü

Ucarda ata və oğul bıçaqlandı - Ata...

Hadisə
Gənc oğlan Bakıda həyəcanlı anlar yaşatdı

Gənc oğlan Bakıda həyəcanlı anlar...

Hadisə
Münhendə atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Münhendə atışma nəticəsində həlak...

Комментарии (0)