11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Biləsuvardakı ağır qəzada yaralanan şəxslərin kimliyi məlum oldu - YENİLƏNİB

Biləsuvardakı ağır qəzada yaralanan şəxslərin kimliyi məlum oldu - YENİLƏNİB
Biləsuvarda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.


"Report" xəbər verir ki, yaralılar aşağıdakılardır:


1.Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhəri


2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhəri


3.Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu


4.Həsənov Emin Hakverdi oğlu (1988) - Sumqayıt şəhəri


5.Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu


6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu


7.İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu


8.Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu


9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri


10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu


11.Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri


12.Qədirov Elşən Vahid oğlu ( 1986) – Sumqayıt şəhəri


13.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.


14:25


"Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib".


Bu barədə TƏBİB-dən Oxu.Az-a verilən məlumatda bildirilib.


Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:


"Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir".


Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.


12:35


Biləsuvar rayonunda "BMW" markalı minik avtomobili ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.


"Report"un məlumatına görə, qəza nəticəsində "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.


10:25


Biləsuvar rayonunda "BMW" markalı minik avtomobili ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.


"Report"un Muğan bürosunun məlumatına görə, yaralı şəxslər xəstəxanaya aparılıblar.


Hazırda onlara tibbi yardım göstərilir.


Faktla bağlı araşdırma aparılır.


09:26


Biləsuvar rayonunda "BMW" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.


Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.


Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.


Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə
Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi

Bakıda ana doğuşdan sonra evdə...

Hadisə
Bakı zooparkında maraqlı görüntülər - VİDEO

Bakı zooparkında maraqlı görüntülər...

Hadisə
Türkiyədə güclü tornado oldu

Türkiyədə güclü tornado oldu...

Hadisə
Ucarda ata və oğul bıçaqlandı - Ata öldü

Ucarda ata və oğul bıçaqlandı - Ata...

Hadisə
Gənc oğlan Bakıda həyəcanlı anlar yaşatdı

Gənc oğlan Bakıda həyəcanlı anlar...

Hadisə
Münhendə atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Münhendə atışma nəticəsində həlak...

Комментарии (0)