09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Şəkidə qızıl axtaranlar tutuldu

Şəkidə qızıl axtaranlar tutuldu
Şəkidə qızıl axtaranlar tutuldu


Şəkidə qızıl çıxarmaq üçün yeri qazan İran və Azərbaycan vətəndaşları saxlanılıb

Bu barədə MAY.AZ-a DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Sahil Abuşov, İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev Şəki rayonunun Daşüz kəndində "Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəliblər.

Asan olsun deyə, S.Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. M. Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daşüz kəndində "Səbətli” adlanan ərazidə traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Hadisə
Sədərəkdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Sədərəkdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ...

Hadisə
2 oğlan qonşularındakı 17 yaşlı qızı zorladı, hamilə qoydu və... - Azərbaycanda BİABIRÇI OLAY

2 oğlan qonşularındakı 17 yaşlı...

Hadisə
Bakıda və Gəncədə 15 yaşlı qızlar itkin düşüblər

Bakıda və Gəncədə 15 yaşlı qızlar...

Hadisə
12 yaşlı oğlan anasını xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO/FOTO

12 yaşlı oğlan anasını xüsusi...

Hadisə
Qonşular arasındakı mübahisə qadının bıçaqlanması ilə nəticələndi

Qonşular arasındakı mübahisə...

Hadisə
Gənc oğlan Bakıda həyəcanlı anlar yaşatdı

Gənc oğlan Bakıda həyəcanlı anlar...

Комментарии (0)