09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

DSX qəza ilə bağlı məlumat yaydı – 1 çavuş öldü, 2 nəfər yaralandı

DSX qəza ilə bağlı məlumat yaydı – 1 çavuş öldü, 2 nəfər yaralandı
DSX qəza ilə bağlı məlumat yaydı – 1 çavuş öldü, 2 nəfər yaralandı


Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DSX-nın mətbuat mərkəzindən MAY.AZ-a verilən məlumatda bildirilir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü Gürcüstan vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədər­ləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Hadisə
Sədərəkdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Sədərəkdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ...

Hadisə
2 oğlan qonşularındakı 17 yaşlı qızı zorladı, hamilə qoydu və... - Azərbaycanda BİABIRÇI OLAY

2 oğlan qonşularındakı 17 yaşlı...

Hadisə
Bakıda və Gəncədə 15 yaşlı qızlar itkin düşüblər

Bakıda və Gəncədə 15 yaşlı qızlar...

Hadisə
12 yaşlı oğlan anasını xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO/FOTO

12 yaşlı oğlan anasını xüsusi...

Hadisə
Qonşular arasındakı mübahisə qadının bıçaqlanması ilə nəticələndi

Qonşular arasındakı mübahisə...

Hadisə
Gənc oğlan Bakıda həyəcanlı anlar yaşatdı

Gənc oğlan Bakıda həyəcanlı anlar...

Комментарии (0)