11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Gəlinini güllələyən kişi tanınmış şəxs imiş...

Gəlinini güllələyən kişi tanınmış şəxs imiş...
Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.


BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.


Məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.


Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb. O, bir çox orden və medallara layiq görülübmüş.


Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəminində qətlə yetirdiyini bildirib.


O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.


Daha sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Hadisə
Azərbaycanda kişi arvadını güllələdi

Azərbaycanda kişi arvadını güllələdi...

Hadisə
68 yaşında intihar etdi

68 yaşında intihar etdi...

Hadisə
Öldürülən qadının polis şöbəsindən GÖRÜNTÜLƏRİ - VİDEO

Öldürülən qadının polis şöbəsindən...

Hadisə
Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb

Millimizin futbolçusu zorladığı...

Hadisə
"Qızıl Məryam"ı öldürdüyü deyilən qızı hakim qarşısında

"Qızıl Məryam"ı öldürdüyü deyilən...

Hadisə
Lökbatanda İNTİHAR: İki yeniyetmə qız özünü binadan atdı

Lökbatanda İNTİHAR: İki yeniyetmə...

Комментарии (0)