11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda 16 məktəbli dönərdən zəhərləndi

Bakıda 16 məktəbli dönərdən zəhərləndi
Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.


Bu barədən Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.


Qeyd edilib ki, təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub:


"İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar.


Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.


Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarının birindən dönər alıb yediklərini bildiriblər.


Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb".


Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Hadisə
Azərbaycanda kişi arvadını güllələdi

Azərbaycanda kişi arvadını güllələdi...

Hadisə
68 yaşında intihar etdi

68 yaşında intihar etdi...

Hadisə
Öldürülən qadının polis şöbəsindən GÖRÜNTÜLƏRİ - VİDEO

Öldürülən qadının polis şöbəsindən...

Hadisə
Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb

Millimizin futbolçusu zorladığı...

Hadisə
"Qızıl Məryam"ı öldürdüyü deyilən qızı hakim qarşısında

"Qızıl Məryam"ı öldürdüyü deyilən...

Hadisə
Lökbatanda İNTİHAR: İki yeniyetmə qız özünü binadan atdı

Lökbatanda İNTİHAR: İki yeniyetmə...

Комментарии (0)