11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı ölüb

Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı ölüb

Lənkəranda xəstə əməliyyat zamanı ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib. Xəstəni Bakı şəhərindən gedən həkim Yusif Abdulov müayinə edib və onda ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib.

M.Şərifovun oğlu Yusif Şərifzadə bildirib ki, əməliyyat avqustun 26-da saat 14-ə təyin olunub.

Həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini bildirib: "Saatlar keçdi, həkimlər atamdan heç bir məlumat vermədi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığı hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir".

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Hadisə
Azərbaycanda 17 yaşlı gənci analığı döyərək öldürdü

Azərbaycanda 17 yaşlı gənci analığı...

Hadisə
Azərbaycanlını ödürən cinayətkar Ermənistana qaçdı

Azərbaycanlını ödürən cinayətkar...

Hadisə
Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib, fəhlə ölüb

Göyçayda yol tikintisi zamanı...

Hadisə
DYP-dən QƏRİBƏ QƏRAR: AZTV-nin operatoruna xəbərdarlıq edildi - FOTO

DYP-dən QƏRİBƏ QƏRAR: AZTV-nin...

Hadisə
Meksikada qasırğa 39 nəfərin ölümünə səbəb oldu

Meksikada qasırğa 39 nəfərin...

Hadisə
Bakıda yolu keçən kişini maşın öldürdü

Bakıda yolu keçən kişini maşın...

Комментарии (0)