09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakıda sevgilisi ilə öpüşən oğlanı amansızlıqla öldürdülər - YENİ XƏBƏR

Bakıda sevgilisi ilə öpüşən oğlanı amansızlıqla öldürdülər - YENİ XƏBƏR
Bakıda sevgilisi ilə öpüşən oğlanı amansızlıqla öldürdülər - YENİ XƏBƏR


2015-ci ildə Nərimanovda qətl törətmiş 1991-ci il təvəllüdlü Həsənzadə Kamran Rövşən oğlu Ali Məhkəməyə müraciət edib.

BiG.AZ-ın news24.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində 16 il müddətinə həbs qərarı çıxardığı Kamran Həsənzadə işə düzgün baxılmasını, barəsində açılmış cinayət işinin maddəsinin dəyişdirilməsini xahiş edib. Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq məqsədi ilə adam öldürmə maddəsi ilə məhkum edilmiş gəncin işinə Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib. Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan qadının mənzilinə Nazim Ələkbərli sevgilisi Aytəni ötürüb.

Həmin zaman Nazim Ələkbərli blokda Aytəni qucaqlayaq öpüb. Sonra oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə getmək istəyib.Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını deyib.

Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.

Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab verib. O, Kamrana "bu vaxt anan, bacın blokda nə gəzir?” - deyib. Bu zaman onların mübahisəsi böyüyüb. Həmin vaxt Nazim Ələkbərli tapança gətirəcəyi ilə Kamran Həsənzadəni hədələyib, beysbol bitası ilə ona xəsarət yetirib. Nazim Ələkbərlinin bu hərəkətindən əsəbiləşən Kamran Həsənzadə onu qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparıb. Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölüb.
Hadisə
Sabirabadda maskalı şəxslər evə hücum edib ahıl qadınları döydü

Sabirabadda maskalı şəxslər evə...

Hadisə
Qadını qolları yatağa qandallanmış vəziyyətdə ölü tapdılar

Qadını qolları yatağa qandallanmış...

Hadisə
Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın olub...

Hadisə
Bakıda maşınla vurulan 8 yaşlı uşaq öldü - Video

Bakıda maşınla vurulan 8 yaşlı uşaq...

Hadisə
Mikroavtobus buzun altına düşdü: 3 ölü

Mikroavtobus buzun altına düşdü: 3...

Hadisə
Gecə ay tutulacaq

Gecə ay tutulacaq...

Комментарии (0)