09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu - Şok səbəb

Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu - Şok səbəb
Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu - Şok səbəb



Yevlax rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Simran Talışlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, Yevlax rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Simran Talışlı yetkinlik yaşına çatmayan Samirə Vəliyeva ilə ailə qurub.

Toy mərasimi keçiriləndən sonra Simran Talışlı Samirə ilə cinsi əlaqədə olub. Simran Talışlı cinsi əlaqədə olan zaman Samirə Vəliyevanın 16 yaşlı tamam olmayıb.

Bu da qanunla nəzərdə tutulmuş qaydada cinayət hesab olunub.

Simran Talışlının 16 yaşına çatmayan qızla ailə qurduğu, sonra onunla cinsi əlaqədə olması barədə Yevlax rayon polis şöbəsinə məlumat verilib.

Polisdə aparılan araşdırma zamanı Simran Talışlının əməlində cinayət tərkibi olduğu üzə çıxıb və o, həbs edilib.

İstintaq orqanı tərəfindən Simran Talışlının barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qapalı məhkəmədə iclasında ifadə verən Simran Talışlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Simran Talışlı evlənərkən qızın yaşını dəqiq bilmədiyini, törətdiyi əməlin cnayət olmasından xəbərsiz olduğunu, qıza qarşı hər hansı zorakılıq etmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 24-də davam edəcək.

Qeyd edək ki, məlum hadisəyə görə təqsirləndirilən şəxsi 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hadisə
Sabirabadda maskalı şəxslər evə hücum edib ahıl qadınları döydü

Sabirabadda maskalı şəxslər evə...

Hadisə
Qadını qolları yatağa qandallanmış vəziyyətdə ölü tapdılar

Qadını qolları yatağa qandallanmış...

Hadisə
Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın olub...

Hadisə
Bakıda maşınla vurulan 8 yaşlı uşaq öldü - Video

Bakıda maşınla vurulan 8 yaşlı uşaq...

Hadisə
Mikroavtobus buzun altına düşdü: 3 ölü

Mikroavtobus buzun altına düşdü: 3...

Hadisə
Gecə ay tutulacaq

Gecə ay tutulacaq...

Комментарии (0)