09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL

"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL
"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL


Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.

Musavat.com-un xəbərinə görə, erməni əsilli Artur Atabekyana “oğru" səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində Şakro Molodoy bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. Quli də bu qruplaşmaya dəstək verib. Amma onlar Qulinin izni olmadan oğru məktubuna onun da adını yazmaqla ciddi səhvə yol veriblər.

İddia olunur ki, Quli bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. Quli bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada qanuni oğrulara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. Quli sonda bildirib ki, "mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz".

Qulinin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi" klanının bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, Quli indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (Taro) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır.
Hadisə
Azərbaycanda bir uşaq anası özünü asdı

Azərbaycanda bir uşaq anası özünü...

Hadisə
Azyaşlı şagirdlərinə təcavüz etdi

Azyaşlı şagirdlərinə təcavüz etdi...

Hadisə
"Cəngəlliyin ən cəld meymunu" reklamına görə İsveçin H&M mağazalarını alt-üst etdilər! (Video izlə)

"Cəngəlliyin ən cəld meymunu"...

Hadisə
Lənkəranskinin bir nömrəli düşməninin "ağ qovluğ"unda hansı məxfi bilgilər olub?

Lənkəranskinin bir nömrəli...

Hadisə
Nənə nəvəsini boğmaq istədi, gəlin qaynanası ilə saçyolduya çıxdı - Azərbaycanda ailə dəhşəti

Nənə nəvəsini boğmaq istədi, gəlin...

Hadisə
Elmira Orucova koronavirusdan vəfat etdi

Elmira Orucova koronavirusdan vəfat...

Комментарии (0)