09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Oktay Güləliyevi vuran taksi sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA

Oktay Güləliyevi vuran taksi sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA
Oktay Güləliyevi vuran taksi sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA



Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub.

MAY.AZ-a bu barədə DİN-dən məlumat daxil olub.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilmiş, sürücü K.Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Hadisə
İmişlidə 14 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA

İmişlidə 14 yaşlı qızın...

Hadisə
Bakı metrosunda dava düşüb

Bakı metrosunda dava düşüb...

Hadisə
Ermənistanda ölü vəziyyətdə aşkarlanan əcnəbilərin sayı artır

Ermənistanda ölü vəziyyətdə...

Hadisə
Füzuli sakini qohumunu güllələdi

Füzuli sakini qohumunu güllələdi...

Hadisə
Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı

Bakıda Lerik sakini siqaret üstündə...

Hadisə
Müəllim dəhşətli qətliamdan uşaqları unikal yolla xilas etdi - VİDEO

Müəllim dəhşətli qətliamdan...

Комментарии (0)