09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Lotu Quli" həbsxanadan Rövşən Lənkəranski ilə bağlı tapşırıq verdi

"Lotu Quli" həbsxanadan Rövşən Lənkəranski ilə bağlı tapşırıq verdi
"Lotu Quli" həbsxanadan Rövşən Lənkəranski ilə bağlı tapşırıq verdi


Türkiyənin İstanbul şəhərində güllələnərək öldürülən "qanuni oğru" Rövşən Lənkəranskinin ölümünü hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifov da həyəcan və narahatlqıla qarşılayıb. "Lotu Quli" "oğru" dünyasının avtoritetinin ölüm xəbərini cəza çəkdiyi 8 saylı müəssisənin işçilərindən eşidib.

May.Az bildirir ki, bu barədə məlumatı cebhe.info-ya Nadir Səlifovun vəkili Təranə Əliyeva verib. Vəkil deyib ki, Rövşən Lənkəranskinin ölümünə heç kim sevinmir:

"Biz ötən gün Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Allah ona rəhmət eləsin! Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb. Mənimlə söhbət zamanı da onun ölümünə pis olduğunu dedi və ona rəhmət dilədi".

Vəkil əlavə edib ki, hər halda "Lotu Quli" Rövşən Lənkəranskinin dəfn mərasimini diqqətsiz buraxmayacaq:

"Təbii ki, təcridxanada onun telefonu yoxdur. Amma hansısa vasitələrlə Nadir Səlifov Rövşən Lənkəranskinin məzarına əklil göndərtdirəcək. Mən belə məsələlərə qarışmıram. Amma məncə, onların müəyyən əlaqələri var idi".

Qeyd edək ki, "Loti Quli"nin Rusiya kriminal aləminə Ded Xasandan sonra "xaç atası" olmağa iddialı Şakro Molodoyla ədavətinin olduğu bildirilir. Məlumatlara görə, Şakro Molodoy həbsdən çıxdıqdan sonra "oğru" sıralarında təmizlənməyə ehtiyac olduğunu deyib. Onun təşəbbüsü ilə "Lotu Quli"nin hazırda Türkiyədə yaşayan kiçik qardaşı Namik Səlifovun "qanuni oğru" statusunun alınması ilə bağlı "sxodka" keçirilsə də, sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb. Və Namik Səlifovun statusuna toxunulmayıb. Ancaq bəzi dairələrin Nadir Səlifov və Şakro Molodoy arasında münasibətlərin gərginləşməsinə çalışdıqları bildirilir. R.Lənkəranskinin qətlinin ehtimal olunan sifarişçiləri arasında Şakro Molodoy ilk sırada dayanır.
Hadisə
Bakıda 2 avtomobil toqquşub: xəsarət alanlar var

Bakıda 2 avtomobil toqquşub:...

Hadisə
Azərbaycanda məktəbli qızla cinsi əlaqədə olub videoya çəkən şəxslər həbs edilib

Azərbaycanda məktəbli qızla cinsi...

Hadisə
Bakıda ər arvadını boğaraq öldürüb

Bakıda ər arvadını boğaraq öldürüb...

Hadisə
Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda 3 avtomobil toqquşdu, xəsarət...

Hadisə
Rövşən Lənkəranskinin bazarı sökülür

Rövşən Lənkəranskinin bazarı sökülür...

Hadisə
Pişik narkotik keçirərkən saxlanıldı

Pişik narkotik keçirərkən saxlanıldı...

Комментарии (0)