11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı

Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı
Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 1 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BiG.AZ-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərində keçirilən baxış zamanı 60 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T. Baxşiyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 380 qram narkotik vasitə olan heroin və 280 qram psixatrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Eyni zamanda T. Baxşiyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ. Qulamovun “Mersedes” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Hadisə
Azərbaycanda kişi arvadını güllələdi

Azərbaycanda kişi arvadını güllələdi...

Hadisə
68 yaşında intihar etdi

68 yaşında intihar etdi...

Hadisə
Öldürülən qadının polis şöbəsindən GÖRÜNTÜLƏRİ - VİDEO

Öldürülən qadının polis şöbəsindən...

Hadisə
Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb

Millimizin futbolçusu zorladığı...

Hadisə
"Qızıl Məryam"ı öldürdüyü deyilən qızı hakim qarşısında

"Qızıl Məryam"ı öldürdüyü deyilən...

Hadisə
Lökbatanda İNTİHAR: İki yeniyetmə qız özünü binadan atdı

Lökbatanda İNTİHAR: İki yeniyetmə...

Комментарии (0)