DataLife Engine / Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı

Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı

Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı


Şəmkirdə oğurluq olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BiG.AZ-a məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
11-01-2020, 16:31
Вернуться назад