Salyanda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
May.Az-a verilən məlumata görə, hadisə sentyabrın 25-də Salyan rayonunun Xocalı kəndində qeydə alınıb. Kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulub.