Şəmkir rayon Ələsgərli kəndində baş vermiş yanğın zamanı ağır yanıq xəsarətləri alan şəxs yerləşdirildiyi xəstəxanada ölüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanıq xəsarətləri ilə Bakı şəhərində xəstəxanaların birinə yerləşdirilən, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov orada ölüb.
Qeyd edək ki, 10 gün əvvəl baş vermiş yanğın nəticəsində Z.Əhmədovun anası Mahı Bayramov hadisə yerində, 9 yaşlı oğlu isə xəstəxanada ölüb. Z.Əhmədov Ələsgərli kənd Tam Orta Məktəbin riyaziyyat müəllimi işləyirmiş.