DataLife Engine / Bakıda çörək zavodu direktorunun otağında oğurluq hadisəsi baş verib

Bakıda çörək zavodu direktorunun otağında oğurluq hadisəsi baş verib

Bakıda çörək zavodu direktorunun otağında oğurluq hadisəsi baş verib


Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək zavodunun direktorunun xidməti otağından dörd min manat oğurlanıb.

Faktla bağlı “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Həmin müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185-ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü E.Həsənov müəyyən edilərək saxlanılıb.
21-02-2020, 15:32
Вернуться назад