DataLife Engine / Qaradağda iki avtomobil toqquşdu, xəsarət alan var

Qaradağda iki avtomobil toqquşdu, xəsarət alan var



Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Əliyev Mirzəli Lətif oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev
26-12-2020, 03:35
Вернуться назад