Bu gecə paytaxt Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər,
1991-ci il təvəllüdlü
Qocayev Təyyar Vidadi oğlu və
1989-cu il təvəllüdlü
Əsədov Samir Feyruz oğlu xəsarət alıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı T. Qocayeva qapalı kəllə-beyin travması, S. Əsədova isə döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.