ABŞ-ın Spokan şəhərində 31 yaşlı məhbus Markus Qudmen həbsxanadan çıxdıqdan 20 dəqiqə sonra bir qızın maşınını qaçırdıb.
MAY
.AZ xəbər verir ki, bu barədə "ABC News" yazır.
Belə ki, o, 16 yaşlı bir qıza yaxınlaşaraq tapança ilə hədələyib və ondan maşınını verməsini tələb edib.
Qudmen
avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Qız polisə xəbər verdikdən sonra cinayətkar yenidən axtarışa verilib və iki saat sonra tapılaraq soyğunçuluq ittihamıyla həbsxanaya qaytarılıb.
Natəvan Baxşiyeva