DataLife Engine / Bakıda 14 yaşlı qız YOXA ÇIXDI: Anası axtarır

Bakıda 14 yaşlı qız YOXA ÇIXDI: Anası axtarır

Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Y.Mirvelişyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
A.Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

27-05-2022, 16:53
Вернуться назад