DataLife Engine / Türkiyədə hərbi təyyarə qəzaya uğradı: 3 ölü

Türkiyədə hərbi təyyarə qəzaya uğradı: 3 ölü

Türkiyədə hərbi təyyarə qəzaya uğradı: 3 ölü


Türkiyənin Isparta əyalətinin Yalvaç rayonunun Kırkbaş kəndi yaxınlığında hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Məlumata görə, Isparta valisi Şehmus Günaydın hadisə nəticəsində 3 hərbçi həlak olduğunu bildirib.

Hadisə rayonuna çoxlu sayda hərbçi və xilasedici cəlb olunub. Vali Günaydın hava şərtləri baxımından hazırda hadisə yerinə qurudan yaxınlaşmağın qeyri-mümkün olduğunu deyib.

17-01-2018, 19:54
Вернуться назад