DataLife Engine / Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı

Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı

Salyanda evdə 71 yaşlı qadının yanmış meyiti aşkarlandı



Salyanda yanğında 71 yaşlı qadın ölüb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Xocalı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
24-01-2018, 17:02
Вернуться назад