DataLife Engine / Azərbaycanda itkin düşən qadının cəsədi tapıldı

Azərbaycanda itkin düşən qadının cəsədi tapıldı

Azərbaycanda itkin düşən qadının cəsədi tapıldı


Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.

MAY.AZ apa-ya istinadən bildirir ki, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.
12-07-2018, 08:47
Вернуться назад