DataLife Engine / Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Bakının Nərimanov rayonunda avtomobil motosikletçini vuraraq xəsarət yetirib.
"Report"un məlumatına görə, Ağa Nemətulla küçəsində 1999-cu il təvəllüdlü Vəlizadə Fuad Elşən oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.

23-10-2022, 19:23
Вернуться назад